23 
Iyl
2026
12:33
194

Yuxarı Saralda “Zəka” İntellektual Bilik Yarışı keçirilib

Yuxarı Saral kəndində fəaliyyət göstərən "SARAL İnkişaf və Təhsil Mərkəzi"ndə "İnkişaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı ilə “Zəka” İntellektual Bilik Yarışı keçirilib.

InterPress.ge xəbər verir ki, 21 iyul 2026-cı il tarixində baş tutan yarış üç yaş kateqoriyası üzrə təşkil olunub və "SARAL İnkişaf və Təhsil Mərkəzi"nin 62 üzvü – uşaq, yeniyetmə və gənc bilik mübarizəsində iştirak edib.

Tədbirin açılışında xeyriyyəçi iş adamı Rəhim Hüseynov və "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Tədbirin aparıcısı isə Türkan Kazımlı olub.

Yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşib:

Kiçik yaş qrupu

🥇 Röyal Abbasov

🥈 Əmir Zeynalov

🥉 Ələmdar Rəhimov

Orta yaş qrupu

🥇 Əli Nağıyev

🥈 Əsma Əliyeva

🥉 Yaqut Namazova

Yuxarı yaş qrupu

🥇 Emin Bayramov

🥈 Nuranə Abbasova

🥉 Ulvira Şahnazarova

Qaliblər 22 iyul tarixində keçirilən "ZİRVƏ" mükafatı tədbiri çərçivəsində medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin sonunda bütün mükafatçılar təbrik olunub, onlara gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulanıb, həmçinin xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, tədbir xeyriyyəçi iş adamı və "SARAL İnkişaf və Təhsil Mərkəzi"nin himayədarı Rəhim Hüseynovun dəstəyi ilə həyata keçirilib.

Bizimlə əlaqə saxlayın