Yetkinlik yaşına çatmayan şəxsin şəxsi həyatına aid foto və videoları qanunsuz əldə edib yayan şəxs saxlanılıb
Gürcüstan Prokurorluğu şəxsi həyatın toxunulmazlığını pozmaq faktı üzrə bir nəfərin saxlanıldığını açıqlayıb.
InterPress.ge xəbər verir ki, Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsilə hədə-qorxu gəlməklə yetkinlik yaşına çatmayan zərərçəkmişə aid şəxsi həyat sirrini əks etdirən foto və video materialları qanunsuz şəkildə əldə edib və saxlayıb.
Bildirilib ki, Tbilisi Prokurorluğunun Şəxsi Həyatın Toxunulmazlığına Qarşı Cinayətlərlə Mübarizə İdarəsi və Kaxeti Dairə Prokurorluğunun İstintaq İdarəsinin birgə apardığı istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, həmin şəxs əldə etdiyi foto və video materialları zərərçəkmişin ailə üzvünə və digər şəxsə də yayıb.
Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 157 prima maddəsinin 1-ci hissəsi (şəxsi həyat sirrini qanunsuz əldə etmə, saxlama və yayma) ilə ittiham irəli sürüləcək. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.


