29 
Iyl
2026
11:24
90

Gürcüstanda 20 500 ABŞ dolları məbləğində saxta valyuta dövriyyəyə buraxan iki nəfər saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Sameqrelo–Zemo Svaneti Dairə Prokurorluğu ilə koordinasiya şəraitində keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində külli miqdarda saxta valyutanın qrup halında dövriyyəyə buraxılması faktı üzrə iki nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, İstintaq Xidmətinin məlumatına görə, araşdırma nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə Acariya bölgəsində 20 500 ABŞ dolları məbləğində saxta 100 və 50 dollarlıq əskinasları dövriyyəyə buraxıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır. Həmin maddə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın