01 
Avq
2026
16:15
130

Seutada təhlükəsizlik gücləndirilir – İspaniya dənizdə 500 metrlik maneə qurur, Aİ-nin 22 ölkəsi təcili tədbirlər tələb edir

İspaniya Mərakeşdən Seuta anklavına qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün Taraxal sərhəd xəttində xüsusi maneənin quraşdırılmasına başlayıb. Paralel olaraq Avropa İttifaqının 22 üzv dövləti yaranmış miqrasiya böhranına qarşı təcili və koordinasiyalı tədbirlər görülməsini tələb edib.

InterPress.ge xəbər verir ki, bu barədə El País qəzeti İspaniya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, Taraxal sərhədində quraşdırılan maneənin uzunluğu 500 metrdir. Maneənin suyun üzərindəki hündürlüyü 70 santimetrə, sualtı hissəsi isə 1 metrə çatır.

Məlumata görə, qurulan maneələr arasındakı xüsusi zona İspaniya Mülki Qvardiyasının patrul katerləri tərəfindən nəzarətdə saxlanılacaq.

El País yazır ki, Avropa İttifaqının 22 üzv dövləti Seutadakı miqrasiya böhranı ilə əlaqədar təcili və vahid Avropa reaksiyasının göstərilməsini istəyir.

Litva, Latviya, Estoniya, İtaliya, Almaniya, Avstriya, Çexiya, Yunanıstan, Malta, Kipr, Niderland, Polşa, Slovakiya, İsveç, Danimarka, Bolqarıstan, Belçika, Finlandiya, Macarıstan, Rumıniya, Sloveniya və Xorvatiyanın liderləri Avropa Şurasının və Avropa Komissiyasının prezidentlərinə ünvanladıqları məktubda Seutada baş verən hadisələrdən ciddi narahat olduqlarını ifadə edib və Avropa İttifaqına üzv ölkələrin daxili işlər nazirlərinin fövqəladə iclasının çağırılmasını tələb ediblər.

Bizimlə əlaqə saxlayın