04 
Avq
2026
12:58
121

SOCAR Georgia Gas-dan Qızılhacılı sakinlərinə vacib xəbərdarlıq: Qeydiyyat üçün son gün sabahdır

Qızılhacılı kəndində təbii qaz istehlak edən sakinlər üçün abonent qeydiyyatı ilə bağlı son tarix sabah – 5 avqustda başa çatır. Qeydiyyatdan keçməyən abonentlərin qaz təchizatının dayandırılacağı bildirilir.

InterPress.ge xəbər verir ki, bu barədə SOCAR Georgia Gas məlumat yayıb. Şirkət Qızılhacılı kənd sakinlərinə müraciət edərək abonent kimi qeydiyyatdan keçmək üçün müəyyən olunmuş müddətin sabah başa çatacağını xatırladıb.

Məlumata görə, qeydiyyat üçün vətəndaşlar Marneuli şəhəri, Yağluca küçəsi 23 ünvanında yerləşən SOCAR Georgia Gas-ın xidmət mərkəzinə müraciət etməlidirlər. Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsi, yaşayış ünvanı, mobil telefon nömrəsi və qaz sayğacının fotosu təqdim olunmalıdır.

Şirkət bildirib ki, qeydiyyat üçün tələb olunan məlumatlar alternativ olaraq rəsmi [email protected] elektron poçt ünvanına, eləcə də WhatsAppViber vasitəsilə +995 577 33 03 46 nömrəsinə göndərilə bilər. Əlavə məlumat almaq istəyən vətəndaşlar isə 16114 qaynar xətti ilə əlaqə saxlaya bilərlər.

SOCAR Georgia Gas bir daha vurğulayıb ki, abonent qeydiyyatından keçməyən istehlakçılara xidmət göstərilməsi mümkün olmayacaq və onların qaz təchizatı dayandırılacaq. Şirkət sakinləri qeydiyyat prosesini son tarixə qədər tamamlamağa çağırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər