10 
Avq
2026
11:35
124

Təyyarədə sərnişinlərin pulunu oğurlayan 2 Çin vətəndaşı saxlanıldı

Təyyarə reyslərindən birində iki sərnişinə məxsus ümumilikdə 7 800 ABŞ dolları və 4 450 avronu oğurlamaqda şübhəli bilinən Çin Xalq Respublikasının iki vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bildirdiyinə görə, Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları hadisə ilə bağlı iki Çin vətəndaşını oğurluq ittihamı ilə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər aviareyslərdən birində uçuş zamanı təyyarədə olan iki sərnişinə məxsus pul vəsaitini qanunsuz olaraq ələ keçiriblər.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxslərin kimliyi qısa müddətdə müəyyən edilib və onlar hava limanının ərazisində saxlanılıblar.

Oğurlandığı bildirilən pul vəsaiti maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 4-cü hissəsi ilə istintaq aparılır. Sözügedən maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın