12 
Avq
2026
14:46
287

Sürücülərin nəzərinə: Buna görə sürücülük vəsiqəsindən bal silinəcək

Sürət həddinin aşılması ilə bağlı sürücülük vəsiqəsinə verilmiş balların azaldılması praktikada effektiv şəkildə həyata keçirilmədiyindən, sürət həddinin aşılmasının qarşısının alınması və davamlı icra mexanizminin yaradılması məqsədilə videokameralar tərəfindən qeydə alınan sürət pozuntularına görə sürücülük vəsiqəsindən balların silinməsi sisteminin tətbiqi istiqamətində işlər davam etdiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə hökumətin avqustun 5-də qərarla təsdiqlədiyi Yol Təhlükəsizliyi Strategiyasında qeyd olunub.

Strategiyaya əsasən, İctimai Təhlükəsizliyin İdarəetmə Mərkəzi 112 ilə birgə koordinasiya şəraitində milli videomüşahidə sisteminin təkmilləşdirilməsi və ölkə üzrə yeni avadanlıqların quraşdırılması davam etdiriləcək. Xüsusilə sürət həddinin aşılması riskinin yüksək olduğu yol sahələrinə diqqət yetiriləcək.

Bununla yanaşı, profilaktik və maarifləndirici sosial kampaniyalar vasitəsilə cəmiyyətin sürət həddinin aşılması ilə bağlı risklər barədə məlumatlılığının artırılması planlaşdırılır.

“Sürətə effektiv nəzarətin nəticəsində aşağıdakı faydaların əldə edilməsi mümkündür:

✅️ yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olan və xəsarət alan şəxslərin sayının, eləcə də yol-nəqliyyat hadisələri ilə bağlı sosial-iqtisadi zərərin azaldılması;

✅️ havanın çirklənməsinin, yanacağın həddindən artıq sərfiyyatının və səs-küyün azaldılması;

✅️ şəhər yollarında sabit və fasiləsiz hərəkət nəticəsində nəqliyyat vasitələrinin mobilliyinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması;

✅️ ikitəkərli nəqliyyat vasitələrindən istifadə edənlərin və piyadaların mobilliyinin yaxşılaşdırılması.

Bundan əlavə, Gürcüstan yollarında hərəkət sürətinin azaldılması məqsədilə yaşayış məntəqələrində maksimal icazə verilən sürət hədlərinin və sürət həddinin icazə verilən aşılma – tolerantlıq – sərhədinin azaldılması istiqamətində işlər davam etdiriləcək. Lakin yalnız sürət həddinin aşağı salınması sürət həddinin aşılması probleminin aradan qaldırılması üçün kifayət deyil.

Bu səbəbdən aşağıdakıları əhatə edən müvafiq sistemli yanaşmanın mərhələli şəkildə tətbiqi davam etdiriləcək: yol infrastrukturunun yaxşılaşdırılması; sürət həddinin aşılması ilə bağlı sərt, proporsional və ardıcıl sanksiyaların tətbiqi, o cümlədən bal sistemindən daha effektiv istifadə mexanizminin tətbiqi; ictimaiyyətin məlumatlılığının artırılması; yollarda “qara nöqtələrin” müəyyənləşdirilməsi və digər tədbirlər”, – deyə hökumətin strategiyasında qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər