Bu tarixlərdə Gürcüstanın əksər ərazilərində yağış yağacaq – bəzi bölgələrdə güclü leysan gözlənilir
Gürcüstan Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, avqustun 13-15-də ölkənin əksər ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, avqustun 13-14-də Acarıstan-Quriya, Sameqrelo-Zemo Svaneti, Raça-Leçxumi və Kvemo Svaneti, Samtsxe-Cavaxeti, Kvemo Kartli və Kaxeti bölgələrində, avqustun 15-də isə Kvemo Kartli, Kaxeti və Mtsxeta-Mtianeti bölgələrində güclü yağış yağacağı proqnozlaşdırılır.
“Şimşək çaxması, dolu yağması və küləyin güclənməsi mümkündür. Gözlənilən güclü yağıntılar kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər.
Təhlükə səviyyəsi orta qiymətləndirilir”, – deyə məlumatda qeyd olunur.


