15 
Avq
2026
10:46
111

3 nəfər qanunsuz silah və sursat saxlama ittihamı ilə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Samqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları müxtəlif vaxtlarda keçirilmiş polis tədbirləri nəticəsində odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamı ilə 3 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, saxlanılan şəxsləri 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Polis əməkdaşları saxlanılan şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarışlar nəticəsində müxtəlif modelli qanunsuz odlu tapançalar, daraqlar və döyüş patronlarını maddi sübut kimi götürüblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır. Sözügedən maddə 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər