15 
Avq
2026
21:35
305

Gürcüstanda avqustun 18-dək yağışlı hava davam edəcək

Gürcüstan Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, avqustun 15-i günün ikinci yarısından 18-i günün ikinci yarısınadək ölkənin əksər ərazilərində yağıntılı hava şəraiti davam edəcək.

InterPress.ge xəbər verir ki, avqustun 15-də Mtsxeta-Mtianeti, Kaxeti və Kvemo Kartli regionlarında, o cümlədən paytaxt Tbilisidə, avqustun 16-18-də isə Qərbi Gürcüstanın bütün regionlarında fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi ərazilərdə yağıntının intensivliyi güclü olacaq.

Həmçinin ildırım, dolu və küləyin güclənməsi ehtimalı var.

Agentliyin məlumatına görə, güclü yağıntılar kiçik çaylarda suyun səviyyəsinin artmasına və daşqınlara, dağətəyi və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər.

Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın