17 
Avq
2026
11:28
60

Tbilisidə qrup halında quldurluq edən iki nəfər saxlanılıb

Tbilisidə qrup halında, zor tətbiq etməklə quldurluq etməkdə şübhəli bilinən iki nəfər, o cümlədən bir yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində iki nəfər saxlanılıb.

Nazirliyin məlumatına görə, saxlanılan şəxslər Tbilisidə iki vətəndaşa fiziki zor tətbiq edib, onların bahalı mobil telefonlarını götürərək hadisə yerindən qaçıblar.

“Keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsləri saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər