30 
Avq
2026
13:48
108

Gürcüstandan Moskvaya gedən avtobus yük maşını ilə toqquşub – 5 nəfər ölüb, 24 nəfər yaralanıb

Rusiyanın Stavropol vilayətində Gürcüstandan Moskvaya gedən sərnişin avtobusu ilə “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində 5 nəfər həyatını itirib.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya mediası regional Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinə istinadən məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində daha 24 nəfər yaralanıb. Yaralananlar arasında 5 uşaq da var. Yol polisinin məlumatına əsasən, 4 uşağın vəziyyəti qənaətbəxşdir, bir uşaq isə reanimasiya şöbəsinə yerləşdirilib.

Qəza yerli vaxtla gecə saat 01:00 radələrində İnözemtsevo kəndi yaxınlığında baş verib.

Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin açıqlamasına görə, Gürcüstandan Moskvaya hərəkət edən “Setra” markalı avtobusun sürücüsü təhlükəsiz sürət həddini seçməyib və qarşıda hərəkət edən “KamAZ”la ara məsafəsini qoruya bilməyib.

Nəticədə avtobus yük maşınına çırpılıb və daha sonra yol kənarındakı xəndəyə düşüb.

Bizimlə əlaqə saxlayın