06 
Sen
2026
11:30
64

Sabaha olan hava şəraiti ilə bağlı xəbərdarlıq

Sentyabrın 7-də Gürcüstanda hava şəraitinin pisləşəcəyi, ölkənin bir sıra bölgələrində yağış, bəzi ərazilərdə isə güclü leysan gözlənildiyi bildirilib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Ətraf Mühit Agentliyi yayıb.

Agentliyin məlumatına görə, qərbi Gürcüstanın bütün bölgələrində, şərqdə isə Şida Kartlidə, həmçinin dağlıq və yüksək dağlıq ərazilərdə bəzi yerlərdə güclü intensivlikli yağıntı gözlənilir. Eyni zamanda, ildırım və dolu, dənizdə 4-5 ballıq fırtına mümkündür.

Ölkənin əksər ərazilərində, o cümlədən paytaxt Tbilisidə güclü qərb küləyi əsəcək.

“Gözlənilən yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın