Tbilisidə yarım kiloqramdan çox kokainlə bir nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsi və Baş Detektiv İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Cinayət işi üzrə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin yaşayış evinin yaxınlığında yerləşən gizlədilmiş yerdən maddi sübut kimi xüsusilə külli miqdarda – yarım kiloqramdan çox ‘kokain’ narkotik vasitəsi götürüblər.
Polis kişini təqsirləndirilən şəxs qismində saxlayıb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - deyə məlumatda bildirilib.


