19 
Sen
2026
11:29
125

 İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb

Batumi şəhərində İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb. O, dələduzluq ittihamı ilə Türkiyə hüquq-mühafizə orqanlarının tələbi əsasında axtarışda olub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Mərkəzi Cinayət Polisi Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları keçirdikləri istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsi Batumidə saxlayıblar.

Saxlanılan şəxs barəsində qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir”, – deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər