22 
Sen
2026
14:17
73

Kaxetidə fermerlər üzümün qiymətinə etiraz edirlər

Kaxetidə etiraz aksiyası eyni vaxtda iki məkanda keçirilir. Kvareli və Qurcaani bələdiyyələrində fermerlər şərab zavodlarının qarşısına toplaşaraq üzümün alış qiymətinə etiraz edirlər.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları artıq ikinci gündür yığdıqları məhsulu zavodlara təhvil vermirlər. Zavodların qarşısında yüzlərlə avtomobilin dayandığı bildirilir.

Fermerlərin sözlərinə görə, üzüm bağlarının becərilməsi, kimyəvi preparatların alınması, işçi qüvvəsinin cəlb edilməsi və məhsulun daşınmasına çəkilən xərclər üzümün satış qiymətini əhəmiyyətli dərəcədə üstələyir. Onlar şəkərlilik səviyyəsi aşağı olan üzüm üçün müəyyən edilən kiloqramı 30 tetri qiymətini qəbuledilməz hesab edirlər.

Bununla yanaşı, fermerlər qiymətlərin keyfiyyətə görə fərqləndirilməsini nəzərdə tutan hökumət qərarının dəyişdirilməsini tələb edirlər. Üzümçülərin sözlərinə görə, bir kiloqram üzümün minimum alış qiyməti 1 laridən başlamalıdır.

Etirazçılar aksiyanı dayandırmaq niyyətində olmadıqlarını bildirərək mərkəzi magistral yolun bağlanacağını elan ediblər.

Bizimlə əlaqə saxlayın