İrakli Kobaxidze: “Rusiyaya qarşı sanksiyalara qoşulmamaqla düzgün qərar qəbul etdik”
“Bir daha təsdiqləndi ki, vaxtilə Rusiyaya qarşı sanksiyalara qoşulmamaqla tamamilə rasional, praqmatik, düzgün və alternativi olmayan qərar qəbul etmişik”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın Rusiya dizelinə tətbiq edilən məhdudiyyətləri aradan qaldırması ilə bağlı jurnalistin sualını cavablandırarkən bildirib.
Hökumət başçısının sözlərinə görə, bu, Amerika Birləşmiş Ştatlarının siyasətidir.
“Xatırlayırsınız, vaxtilə Rusiyaya qarşı sanksiyalara qoşulmadığımız zaman bunun ardınca nə qədər böyük kampaniya aparıldı. Bu fonda sanksiyaların yumşaldıldığını görürük. Bir daha təsdiqləndi ki, vaxtilə Rusiyaya qarşı sanksiyalara qoşulmamaqla tamamilə rasional, praqmatik, düzgün və alternativi olmayan qərar qəbul etmişik”, – deyə Baş nazir qeyd edib.


