15 
Okt
2026
15:35
68

Gürcüstan parlamenti yarımçıq tikililər üçün vergi güzəştlərinin müddətini uzadıb

Gürcüstan parlamenti başa çatdırılmamış tikililər üçün nəzərdə tutulan vergi güzəştlərinin müddətinin uzadılmasını dəstəkləyib.

InterPress.ge xəbər verir ki, parlament Vergi Məcəlləsinə dəyişiklikləri sürətləndirilmiş qaydada müzakirə edib və üçüncü oxunuşda 81 səslə yekdilliklə qəbul edib.

Dəyişikliyə əsasən, daşınmaz əmlakın təchizatı və bununla əlaqəli tikinti-quraşdırma xidmətlərinin əlavə dəyər vergisindən (ƏDV) əvəzləşdirmə hüququ ilə azad edilməsi üçün müəyyən edilmiş müddət 2029-cu il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək uzadılır.

Qanun layihəsinə əsasən, 2008-ci ilin avqustunadək başlanmış, lakin başa çatdırılmamış tikililər, eləcə də onlarla əlaqəli təchizat və xidmətlər Vergi Məcəlləsində nəzərdə tutulan bütün şərtlərə əməl edildiyi halda ƏDV-dən əvəzləşdirmə hüququ ilə azad ediləcək.

Bizimlə əlaqə saxlayın