21 
Okt
2026
13:00
142

Tamar Lortkipanidze bir illik həbsdən sonra azadlığa buraxılıb

Aktivist Tamar Lortkipanidze bir illik həbs cəzasını çəkdikdən sonra azadlığa buraxılıb.

InterPress.ge xəbər verir ki, Lortkipanidze 2025-ci il noyabrın 22-də keçirilən etiraz aksiyası zamanı patrul polisinin xidməti avtomobilinin damına çıxmaqda və avtomobilə zərər vurmaqda ittiham olunaraq saxlanılmışdı.

Bu ilin iyun ayında onunla prosessual razılaşma əldə edilib. Razılaşmaya əsasən, Lortkipanidze bir il real həbs və üç il şərti cəza alıb.

Məlumat üçün bildirək ki, Tamar Lortkipanidzeyə Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi (zərərçəkmişə fiziki ağrı yetirən zorakılıq) və 353-cü prima maddəsinin birinci hissəsi (polisin xidməti fəaliyyəti ilə əlaqədar onun nəqliyyat vasitəsinə hücum) ilə ittiham irəli sürülmüşdü.

Qeyd olunan maddələr 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər