Yeni qanun təsdiqləndi: Artıq bu tarixdən sürücülük vəsiqələrinin alınması qaydaları dəyişir
Parlamentin ilk oxunuşda artıq təsdiqlədiyi layihəyə görə, avtomobil idarə etmək hüququ əldə etmək istəyən hər kəs 1 iyuldan sonra birinin əvəzinə iki praktik imtahan verəcəkdir.
InterPress.ge xəbər verir ki, bundan əlavə, mopedlər və ATV-lər (dörd təkərli) üçün də vəsiqə tələb olunacaq.
Bu gün Gürcüstanda sürücülük vəsiqəsi almaq üçün imtahan iki mərhələdə ibarətdir.
Sürücülük vəsiqəsi əldə etmək istəyənlər əvvəlcə 30 dəqiqə ərzində 30 suala düzgün cavab verərək nəzəri hissədən keçməlidirlər. Bundan sonra, praktik hissəni aşmaq lazımdır.
Bundan əlavə, sürücülük vəsiqəsi almaq üçün yaş həddi 17-dan 18 yaş qədər artır.
Moped və ATV üçün sürücülük vəsiqəsini əldə etmək istəyənlər üçün yetkinlik yaşına çatmayanların çatdırılma xidmətlərində işlərini itirməmələri üçün yaş həddini 17 yaşda saxlayır. Yəni 17 yaşda Moped və ATV üçün sürücülük vəsiqəsi əldə edə bilər.
Dəyişikliklərə görə, imtahanın ilk mərhələsi (xüsusi manevrlər) bağlı imtahan meydanında keçiriləcək. Mərhələ uğurla başa çatdığı təqdirdə ikinci mərhələ real yol hərəkəti şərtlərində - öncədən seçilmiş və Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənmiş marşrutlarda baş tutacaq.
Bu qaydada sürücülük vəsiqəsi almaq üçün imtahan isə 8 bələdiyyədə- Rustavi, Telavi, Saçxere,Qori, Axalçixe, Kutaisi, Ozurqeti və Batumidə keçiriləcək.
Plana görə layihənin həyata keçirilməsi üçün büdcədən 1 milyon lari nəzərdə tutulub.
Digər dəyişiklik isə sürücülük vəsiqəsi ilə bağlı rüsumların məbləği ilə bağlıdır. Belə ki, ilk praktiki imtahana giriş üçün 40 GEL, ikinci dəfə giriş üçün isə 90 GEL olacaq, test imtahanının isə (teorik imtahanın) ödəniş məbləği 40 GEL-dən 20 GEL-ə endirilib.
Qanun layihə sürücülük vəsiqəsinin praktiki hissəsini 2 mərhələ olaraq nəzərdə tutur.
Qeyd edək ki, dəyişiklik paketi büro iclasında təşəbbüs kimi ötən ilin mart ayında irəli sürülmüşdü. Lakin indiyə qədər plenar iclasa çıxarılmamışdı.