27 
Fev
2020
09:20
1171

Gürcüstan digər ölkələrlə uçuşları dayandıracaqmı? AÇIQLAMA

"Bu mərhələdə Gürcüstan digər ölkələrlə uçuşları ləğv etmək niyyətində deyil, yalnız İran və Çin ilə uçuşlar dayandırılır".

InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyinin nümayəndəsi Levan Karsanadze bildirib.

Gürcüstan yeni bir növ xəstəliyin yayılma riski səbəbindən Çin və İrandan uçuşları müvəqqəti dayandırıb. Bunanla yanaşı Çindən heyvanların gətirilməsi də qadağan olunub.

Hava limanlarında və Gürcüstan dövlət sərhədi üzərindəki buraxılış məntəqələrində mütəxəssislər bütün səyahətçiləri yoxlayırlar.

"Bu mərhələdə başqa bir ölkəyə münasibətdə uçuşların dayandırılması ilə bağlı hər hansı bir qərar yoxdur. Vəziyyət bu və ya digər ölkədə epidemioloji vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq. Qərar Gürcüstan hökuməti tərəfindən idarələrarası koordinasiya şurasının tövsiyələrinə əsasən qəbul edilir. İndiyə qədər başqa ölkələrdən söhbət getmir." Karsanadze deyib.

Onun sözlərinə görə, bütün sərnişinlər hava limanında yoxlanılır və şübhəli şəxslər varsa, xəstəxanaya yerləşdirilir.

Qeyd edək ki, 26 fevral tarizində Koronavirus infeksiyasının ilk hadisəsi Gürcüstanda təsdiqləndi. Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxmuş şəxs bir gün əvvəl İrandan gələn 50 yaşlı Gürcüstan vətəndaşıdır. O, Gürcüstana Azərbaycan üzərindən gəlib.

Koronavirusun yayılmasının qarşısını almaq üçün Gürcüstan hökuməti müvəqqəti Gürcüstan və İran arasında bütün növ gediş-gəlişi qadağan etmək qərarına gəldi.

Bizimlə əlaqə saxlayın