Koronavirusdan özünüzü necə qorumalısınız: Gürcüstan sakinləri üçün tövsiyələr
"Ölkə sakinləri virus xəstəliyinin əlamətləri olarsa dərhal həkimə müraciət etməlidirlə".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelize bildirib.
Xüsusilə yüksək hərarət, öskürək və ya nəfəs darlığı olan insanlar həkimə müraciət etməlidirlər. Bununla yanaşı, son iki həftə ərzində koronavirus hadisələrinin qeydə alındığı ölkələrə səfər edən vətəndaşlar həkimə müraciət etməlidir.
"Gürcüstanda dörd infeksiya xəstəxanası var - Tiflis, Kutaisi, Batumi və Zuqdidi, orada klinik sınaqlardan keçə bilərlər" dedi Qamkrelize.
O, tənəffüs yolu ilə yoluxmadan qaçmaq üçün insanların mütləq ictimai yerlərdə maskalardan istifadə etmələrini vurğuladı.
Bundan əlavə, o, Gürcüstan sakinlərinə gigiyena qaydalarına riayət etməyi tövsiyə etdi: əllərini daha tez-tez yuyun, iş yerində və evdə təmizlik aparın və tez-tez evi havalandırın.
O, həmçinin xatırladıb ki, Səhiyyə Nazirliyinin qaynar xətti 24 saat rejimində (Tel: 1505), Milli Xəstəliklərə Nəzarət Mərkəzi (Tel: 0322 16 00 01) işləyir.
Yuxarıda göstərilən əlaqə nömrələri vasitəsi ilə virusudan şüpələnən insanlar məsləhət və kömək istəyə bilərlər.
"Əhalini əmin etmək istəyirəm: 2019-cu ildə bu tip koronavirus infeksiyası ciddir, amma əvvəlki infeksiyalar kimi ciddi deyil "deyən Qamkrelize, çaxnaşma üçün heç bir səbəb olmadığını vurğuladı.