Çerçvadze: "Səhhətim eynidir"
Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Çerçvadze müalicəsini evdə davam etdirir. Çerçvadzenin dediyinə görə, baş və boğaz ağrısı, güclü öskürək və halsızlığı var.
InterPress.ge xəbər verir ki, bu barədə Çerçvadzenin yazısı Yoluxucu Xəstəliklər və QİÇS Mərkəzinin səhifəsində yayılıb.
Çerçvadzenin dediyinə görə, koronavirusa yoluxmuş həyat yoldaşı Ana Topuria özünü nisbətən yaxşı hiss edir.
"Özüm haqqında bu qədər yazmaq mənim üçün bir qədər yöndəmsizdir, amma maraq böyük olduğundan və bütün telefon zənglərinə cavab vermək mümkün olmadığından buraya yazacağam: səhhətim eynidir və evdə müalicəmi davam etdirirəm. Gecə 37,5 dərəcə temperaturum var idi. Hələ də baş ağrısı və boğaz ağrısı məni narahat edir. Güclü öskürək və zəifliyim var.
Buna baxmayaraq, cəsarətli olmağa və hadisələrdən geri qalmamağa çalışıram. Məsələn: Dünən Koordinasiya Şurasının iclasında distant şəkildə iştirak etdim. Facebook-da səhhətimlə maraqlananlar üçün məlumat verdim.
Həyat yoldaşım - Ana Topuria özünü daha yaxşı hiss edir. Gecə temperaturu 37.1 dərəcə idi. Boğaz və oynaq ağrıları onu narahat edirdi. Sağlamlıq vəziyyətim pisləşsə, müalicəmi xəstəxanada davam etdirəcəyəm. Hamısı budur. Özünüzə diqqət yetirin və can sizə sağlığı diləyirəm ”,-dedi Tengiz Çerçvadze.