18 
Dek
2020
10:35
643

Çerçvadze: "Qadağalar götürülərsə, öz qaydalarımızı özümüz təyin edək"

"Hökümətin məhdudiyyətləri yumşaltması və ya aradan qaldırması halında tövsiyəm belə olacaq - qaydaları özümüz təyin etməyə çalışaq".

InterPress.ge xəbər verir ki, bu haqda İnfeksion Xəstəliklər və QİÇS Mərkəzinin baş direktoru Tengiz Çerçvadze deyib.

Onun qeyd etdiyinə əsasən, sonrakı illəri daha dinc keçirməyimiz üçün bu il narahatlığa dözməliyik.

"Hökumətin bu məhdudiyyətləri yumşaltacağını, ümumiyyətlə götürəcəyini, bu dərəcədə qüvvədə qoyacağını, ya da Merkel xanım kimi daha da sərtləşdirəcəyini bilmirəm, amma yumşaldarsa və ya aradan qaldırarsa, tövsiyəm ictimai özünüdərk, məsuliyyət və pandemiyanın başlanğıcında kifayət qədər olan həmrəylik və hökumətin qaldıracağı məhdudiyyətlərə, öz məhdudiyyətlərimizlə və senzuramızla cavab verməkdir.

Başqa sözlə desək, hökumət ticarət mərkəzləri və mağazaları açarsa, zəruri ehtiyacı olmayanlar ticarət mərkəzlərinə və mağazalarına getməyək; İzdihamlı toplantılar təşkil etməyək; Bütün gələcək illəri daha dinc keçirtmək üçün bu yeni il narahatlığa dözəcəyik",- dedi Çerçvadze.

Bizimlə əlaqə saxlayın