09 
Fev
2021
14:42
3756

Poniçalada xüsusi əməliyyat keçirilir - Sakinlər və polis arasında qarşdurma yarandı - VİDEO

Poniçalada xüsusi əməliyyat aparılır.

InterPress.ge xəbər verir ki, hadisə yeri sarı lentlə hüdudlanıb və perimetri üzərində Daxili İşlər Nazirliyinin Kriminal Polis İdarəsinin nümayəndələri çalışırlar.

Yerli əhali ilə hüquq-mühafizə orqanları arasında qarşıdurma baş verib.

Yerli sakinlərdən birinin sözlərinə görə, saxlama zamanı qardaşının cibinə narkotik maddə atıblar.

"Niyə saxladıqlarını bilmirəm, saxladılar və cibinə narkotik maddə atdılar, heç bir şeyi olmayıbdır. Mən gördüm ki, atdılar, ancaq kadrlara almamışam. Götürdükləri pul anamın əməliyyat puludur, sabah üçün 4000 lari lazım idi", - dedi yerli sakin.

Eyni zamanda, Daxili İşlər Nazirliyi, Poniçalada narkotik cinayətkarlığı ilə mübarizə üçün xüsusi əməliyyat keçirildiyi barədə məlumatı təsdiqləyir.

"Əlavə məlumat Daxili İşlər Nazirliyi tərəfindən yaxın gələcəkdə yayımlanacaq. Narkotik cinayətinə qarşı xüsusi əməliyyat keçirildiyi barədə məlumatları təsdiqləyirik", - DİN-dən bildirilib.(ipn.ge)

Bizimlə əlaqə saxlayın