Tibilisi əhalisinə 180 yeni mikroavtobus xidmət edəcək
"Bazar ertəsindən etibarən Tibilis əhalisinə 180 yeni mikroavtobus xidmət göstərəcək".
InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze Tbilisi hökumət iclasında açıqlama verib.
Onun sözlərinə görə, avtobusların dəyişdirilməsinə və yenilənməsinə başlandı, hansı ki, ilin sonuna qədər bu proses davam edəcək və sona çatacaq.
"Dəyişdirmə proqramı başladı, təqdim etdiyimiz 300 vahid mikroavtobus alındı və 120 mikroavtobus artıq xəttə buraxılmışdı, çalışırdı,mikroavtobusa lazım olan hər cür texniki imkanlarla təchiz edilmişdir.
Bazar ertəsindən etibarən əlavə 180 yeni mikroavtobus xətlərdə hərəkət edəcək və Tibilisi əhalisinə xidmət edəcək, hansı ki, bu çox əhəmiyyətlidir.Nəqliyyat siyasətimiz çox maraqlı komponentlərdən ibarətdir. Bu avtobusların dəyişdirilməsinə və yenilənməsinə artıq başlanmışdır və il sonuna kimi bu proses başa çatacaq.Avtobuslar almışıq, onların daxil olmasını gözləyirik və beləliklə artıq şəhərdə sarı rəngli avtobuslar hərəkət etmir ”- dedi Kaxa Kaladze.


