19 
Fev
2021
11:49
1322

Qoyudluq nədir və nə vaxt başlayır?

Azərbaycan xalqının keçmiş zamanlardan bu günə kimi gəlib çıxan və hələ də davam edən, bayram halına çevrilən bəzi adət-ənənələri var.

InterPress.ge xəbər verir ki, bu adət-ənənələrdən biridə “qoyudluq” adı ilə tanınan keçmişdən bu günə kimi gəlib çıxan, kənd arasında keçirilən bir ənənədir.

Qoyud qovurmaqdan başqa fəsəli də bişirib paylayırlar. Bu il qoyudluq və fəsəli bişirmə eyni günə təsadüf edilir.

Qoyudluq fevral ayının ikinci və yaxud üçüncü çərşənbəsindən başlayaraq 3 gün davam edir.

Fevral ayının 17-si taxıl qovrulur, 18-i taxılı üyüdüb gecə yağa bulanmış çubuqlarla yandırılır, 19-u səhər isə qonşulara paylanır.

18-i eyni zamanda fəsəli yağlanır və elə həmən günü qonu-qonşuya paylayırlar.

Qeyd edək ki, çərşənbə günü əvvəlcədən qovrulmuş taxılı üyüdərək sonrakı günə, cümə axşamına hazırlıq görürlər. Həmin axşam qoyudu bir qaba qoyaraq üzərində ucuna pambıq dolanmış və yağa batırılmış qamış çubuqları yandırırlar. Cümə günün səhəri üyüdülmüş qoyudu bişirərək qonşulara paylayırlar. Bu adət insanlarda qonşuluğun güclənməsi və mehirbanlıq kimi qəbul olunur.

Bu bayramı Xızır (Xıdır) peyğəmbərin adı ilə bağlayırlar. Fevral ayında yəni soyuq qış günlərində qeyd olunmasının bir çox səbəbi var. Onlardan biridə məhz elə budur.

Qədim Azərbaycan və Anadolu türklərinin inancına görə, Xızır peyğəmbər çətin anlarda insanların yardımına gəlir. Qışın bu çətin dövründə, qidaların, yanacaq və yem ehtiyatının azaldığı vaxt Xızır peyğəmbərin çağırılması onun yardımına ehtiyac olması ilə bağlıdır.

Bizimlə əlaqə saxlayın