23 
Fev
2021
22:02
437

Marneulidə Xocalı faciəsinin 29-cu ildönümü yad edilib

Marneuli rayonunda Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan "Xocalı soyqırımından Şuşanın azadlığınadək" adlı mərasim keçirilib.

InterPress.ge xəbər verir ki, tətbir Marneulidə yerləşən “Ata Holding” binasında baş tutub.

İlk olaraq tətbir ruhani Elçin Daşdanovun Qurani kərim oxuması və tədbirdə iştirak edən hər kəsin soyqrımda amansızcasına qətl edilənlərin ruhuna hörmətlə bir dəqiqəlik sükut olunaraq başlanıb.

Daha sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxış edib.

E. Bayramov, bu soyqrımı misli görünməmiş bir vəhşilik olduğunu söyləyib və bir daha təkrar olunmamasını təmənni edib. O, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı hadisələri ilə bağlı sözlərini xatırladaraq qeyd edib ki, bu etiraf beynəlxalq ədalət məhkəməsi üçün dəlil kimi qiymətləndirilir.

Diplomat Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xarici ölkələrdə aparılan kampaniyalardan danışıb. O, 14 ölkənin parlamentində faciə ilə bağlı müvafiq sənəd və qərarların qəbul olunduğunu bildirib: "Azərbaycan 44 günlük Vətən müharibəsində beynəlxalq ədalətin zəfərinə nail oldu. Müharibə dövründə Gürcüstandakı soydaşlarımızdan misilsiz dəstək gördük. Bu dəstəklə soydaşlarımız Azərbaycana böyük sevgi və bağlılıqlarını bir daha sübut etdilər. Buna görə azərbaycanlı icmasına səfirlik adından təşəkkürümüzü bildiririk".

E.Bayramovun sözlərinə görə, Xocalıya ədalət çağırışının əsas məqsədlərindən biri də bu cür soyqırımı aktlarına bir daha yol verilməməsidir.

O, Gürcüstanın azərbaycanlı icmasına "Xocalıya ədalət" kampaniyasına qoşulduqlarına görə minnətdarlıq edib.

Daha sonra çıxış edən GAİM-in icraçı direktoru Rafiq Hümbətov deyib ki, Xocalı faciəsinin ağrı-acısı heç zaman unudulmayacaq: "Gün gələcək faciə qurbanlarının xatirəsi Xocalıda anılacaq. Bu cür dəhşətli cinayətlərin təkrarlanmaması üçün bölgədə dayanıqlı sülhə nail olunmalıdır".

Tədbir ziyalıların çıxışları ilə davam etdirilib.

Bizimlə əlaqə saxlayın