25 
Fev
2021
11:46
2136

Gürcüstanda qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?

Gürcüstanda fevralın 26-dək qeyri-sabit hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyi məlumat verir.

Məlumatına görə, bu gün və sabah ölkə daxilində qeyri-sabit hava şəraiti gözlənilir.

Yağıntının intensivliyi azalır və havanın temperaturu bir neçə dərəcə yüksəlir. Qərbi Gürcüstanın aran bölgələrində zəif yağış yağacağı, havanın temperaturunun səkkiz dərəcəyə yüksələcəyi, şərq Gürcüstanın aran bölgələrində isə 1-6 dərəcə olacağı gözlənilir. Həmçinin bəzi ərazilərdə qar şəklində az yağış yağacağı gözlənilir.

Sinoptiklər paytaxtda və bütün Gürcüstan ərazisində şaxtanın azalacağını gözləyirlər. Onların sözlərinə görə, sabah Tbilisidə maksimum hava istiliyi 4-5 dərəcə olacaq. Sinoptiklər 27-28 Fevral tarixlərində yağış yağmayacağını proqnozlaşdırırlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər