25 
Fev
2021
15:15
404

“Xocalı Nişanəsi” adlı qısametrajlı film təqdim edilib - VİDEO

Azərbaycanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” bədii-sənədli qısametrajlı filmi təqdim edilib.

InterPress.ge xəbər verir ki, Filmdə Xocalıda qətlə yetirilən beş yaşlı naməlum qızın hekayəsindən söhbət açılır.

“Xocalı Nişanəsi” kimi tanınan qızcığaz Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda amansızlıqla qətlə yetirilən 63 uşaqdan biridir. O, bütün ailəsi ilə birgə qətlə yetirilib və onun kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Filmin müəllifi Azərbaycanlı jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxan, operatoru Əhməd Barasov, bəstəkarı Azər Hacıəsgər, qrafikaçısı İlkin Turan, rəssamı Vüqar Qurbanovdur.

“Xocalı Nişanəsi” kimi tanınan beş yaşlı naməlum uşağın hekayəsi Ermənistan silahlı qüvvələrinin bəşəriyyətə qarşı cinayətini əks etdirir. Ermənistan törətdiyi əməllərə görə beynəlxalq hüquqi məsuliyyətdən qaça bilməyəcək!

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər