AÇIQLANDI: Azərbaycana bu şəxslər daxil ola bilər
Azərbaycana giriş qaydaları açıqlanıb.
Bu barədə InterPress.ge Azərbaycanın AZAL hava yolları şirkətinə istinadən xəbər verir.
Azərbaycan vətəndaşları ilə yanaşı həmin reyslərə aşağıdakı şəxslər buraxılır:
- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
Bütün sərnişinlər uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı təqdim etməlidirlər. Tam qaydalar ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.butaairways.az/media/pdf/Covid-Provisional-rules-AZ.pdf
Həmçinin bütün arayışların üzərində çap olunmuş QR kodu da olmalıdır. Kod skan edildikdə klinika test nəticələri haqqında məlumatı verməlidir.


