04 
Mar
2021
07:29
715

Şişkinlik yaradan qidalar

Qarın bölgənizin daha düz və hamar olmasını istəyirsinizsə?

InterPress.ge xəbər verir ki, həzmsizlik və şişkinlik kimi şikayətləriniz varsa, sadalanan qidalardan uzaq durmalısınız.

- Saqqız

Saqqız çeynəmək çox hava udmağınıza səbəb olduğu üçün həzm sisteminizdə təzyiq, şişkinlik və qaz əmələ gətirəcəkdir.

- Kələmkimilər

Bəzi insanlar ferment çatışmazlığı səbəbilə brokoli, kələm, gül kələm kimi tərəvəzləri tam olaraq həzm edə bilmirlər. Bu da nəticədə şişkinliyə səbəb olur.

- Sərt çəyirdəkli meyvələr

Şaftalı, ərik kimi bəzi meyvələrin tərkibində şəkər spirti olduğu üçün qaz əmələ gətirə bilər.

- Paxlalılar

Soya, noxud, mərcimək kimi qurupaxlalıların içərisində incə bağırsaqda əmilən bir şəkər növü vardır. Buna görə də paxlalıların həzmi şişkinliyə və qaza səbəb olur.

- Mədən suyu

Mədən suyundakı qabarcıqlar və digər qazlı içkilər şişkinlik əmələ gətirir.

- Duz

Duzun suyu saxlamaq xüsusiyyəti şiş nisbətini artıra bildiyi üçün şişkinliyə səbəb ola bilər.

- Süd məhsulları

Bəzi insanların laktoza dözümsüzlüyü olduğu üçün süd və süd məhsullarını lazımınca həzm edə bilmirlər. Bu da nəticədə şişkinlik əmələ gətirir.

- Saf karbohidratlar

Saf karbohidratlar yüksək qlisemik indeksə malik olduqları üçün digər karbohidratlara nisbətən daha çox şişkinlik və qaz yarada bilərlər.

- Ədviyyatlar

Ədviyyatlı qidalar mədədəki turşu nisbətini artırır ki, bu da mədədə yanğı hissi və narahatlığa səbəb olur.

(saglamolun.az)

Bizimlə əlaqə saxlayın