08 
Mar
2021
21:01
1097

Yüksək təzyiqə işarə edən 2 SİMPTOM. Baş ağrısı deyil

Mütəxəssislər yüksək təzyiqlə müşayiət olunan hipetoniyanı “lal qatil” adlandırılar.

InterPress.ge xəbər verir ki, yüksək təzyiq bir çox halllarda özünü heç bir simptomla büruzə vermir.

İnsan özünü normal hiss edir, onu heç nə narahat etmir, lakin hipertoniya tədricən, gizli inkişaf edir və orqanizmdə çox ağır fəsadlar yaradır. Təəssüf ki, bəzən hipertoniyanın ilk “simptomu” insult və ya infarkt olur.

Bir çox insanların fikrinə görə, yüksək təzyiqin əsas simptomu baş ağrısıdır. Lakin bu belə deyil. Əksinə bir çox hallarda baş ağrısının səbəbi yüksək deyil, aşağı təzyiq olur.

Amerika kardioloji assosiasiyasının (American Heart Association, AHA) ekspertləri bildirirlər ki, gözlərin qızarması və gözlərdə qan ləkələri və həmçinin üzün qızarması yüksək təzyiqə işarə edə bilən simptomlardır.

Təzyiq qalxanda damarlar gərginləşir və nazik göz damarları buna tab gətirməyib partlaya bilər. Nəticədə gözlər qızarır, gözlərdə qan ləkələri əmələ gəlir. Əgər sizdə bu simptom varsa, təzyiqinizə nəzarət edin. Təzyiqin göstəriciləri 130/80 c.st-dan (65 yaşdan sonra 139/80 c.st.-dan) yüksəkdirsə, vaxt itirmədən həkimə müraciət edin.

Digər simptom üzün qızarmasıdır. Təzyiq qalxanda bu simptom tez-tez əmələ gəlir. Həmçinin insan bu zaman boyun nahiyəsində damarların pulsasiyası, qulaqların qızarması, gözlərin qarşısında nöqtələr və ya ləkələr kimi simptomlar hiss edə bilər.

Mütəxəssislər qeyd edirlər ki, hipertoniyanın simptomsuz inkişafını nəzərə alaraq 40 yaşdan sonra insanlar hətta heç bir narahatçılıq hiss etmədikdə vaxtaşırı olaraq təzyiqini ölçməlidir.

(saglamolun.az)

Bizimlə əlaqə saxlayın