Andria Gağmaidze bu gün Martvili və Çxondidi eparxiyasında baş verən hadisəyə münasibət bildirdi
"Bu gün bütün Gürcüstanın gördüklərini yalnız çox şiddətli bir təqib anı ilə müqayisə etmək olar".
InterPress.ge xəbər verir ki, bu barədə patriarxlığın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Andria Gağmaidze bugün Martvili və Çxondidi eparxiyasında baş verən hadisəni qiymətləndirib.
Onun sözlərinə görə, Gürcüstan Kilsəsi kommunist dövründən bəri bənzər hadisə xatırlamır. Gağmaidzenin sözlərinə görə, bu kilsəni və müqəddəs yeri tapdalamaq hörmətsizlikdir.
“Bənzər hadisə Gürcüstanda kommunistlərin dövründən bəri yaşanmayıb. Eparxiya iqamətgahında baş tutan görüş zamanı hücuma cəhd oldu. Müasir dövrümüzdə kilsə belə bir hadisə xatırlamır. Bu bir hörmətsizlikdir və bütün gürcülərə, bütün pravoslav Gürcüstan vətəndaşlarına aiddir"- Gağmaidze.
Məlumat üçün bildirək ki, Çxondidi episkoposluğunda din xadimləri ilə Martvili və Çxondidinin mitropoliti Stepan arasında görüş keçirilib. Görüşdə xidmət səlahiyyətləri əllərindən alınan 2 keşik də iştirak edib. İqamətgahın xaricində olan ziyarətçilər otağa daxil olmaq istəsələrdə ruhanilər tərəfindən icazə olmayıb. Ziyarətçilər və din xadimləri arasında baş verən hadisə zamanı eyvanın taxta məhəccəri qırılıb və nəticədə təxminən 10 nəfər onlar arasında media nümayəndələri də ikinci mərtəbədən yıxılıb.
Məlumat üçün deyək ki, Mitropolit Stepan bir neçə aydır Çxondidi episkoposluğuna rəhbərlik edir. 7 Mart tarixində Çxondidi Metropoliti Stepan (Kalaişvili), episkoposluğun iki keşişinin- Konstantine Qabisonia və Petre Ğuduşaurinin rahiblikdə iştirakına qadağa qoyub.


