08 
Mar
2021
23:23
408

Daxili İşlər Nazirliyi Martvili və Çxondidi eparxiyasında baş vermiş hadisə ilə əlaqədar istintaqa başladı

Daxili İşlər Nazirliyi Martvili və Çxondidi eparxiyasında baş vermiş hadisə ilə əlaqədar istintaqa başladı.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə istintaqa başlayıb. Maddə səhlənkarlıqla sağlamlığa zərər yetirməni nəzərdə tutur. Polis hadisənin baş verdiyi ərazini sarı lentlə mühasirəyə alıb.

Martvili və Çxondidi eparxiyasında baş vermiş hadisədə bir neçə insan,o cümlədən media nümayəndələri də xəsarət alıblar.

Eparxiya nümayəndələri ilə ziyarətçilərin qarşıdurmasının səbəbi eparxiyaya yeni təyin olunmuş mitropolit Stepane tərəfindən 2 din xadiminin Konstantine Qabisonianın və Petre Ğuduşaurinin xidmət səlahiyyətlərinin əllərindən alınması olub.

Əlbəyaxa zamanı eparxiyanın ikinci mərtəbəsinin taxta məhəccəri qırılıb və nəticədə bir neçə insan eyvandan yıxılıb.

Sözügedən eparxiyada ziyarətçilərin bir hissəsi yeni təyin olunmuş mitropolit Stepanenin dərhal eparxiyanı tərk etməsini tələb edir.

Bizimlə əlaqə saxlayın