Bera İvanişvili yayılan səsyazmalara münasibət bildirdi
“Mən bu gün də tamamilə öz mövqeyimdə qalıram və birbaşa deyirəm əgər kimsə mənim anamı söyərsə, mənim üçün müqəddəs və dəyərli olan mənim ailəmə kimsə toxunarsa, mən bu gün də o insandan mütləq cavab tələb edərəm”.
InterPress.ge xəbər verir ki, bu haqda müğənni Bera İvanişvili “İmedi”nin efirində bildirib.
Bera İvanişvilinin sözlərinə görə, yayılan səsyazıları 2011-ci ildə onun pərəstişkarlarına miqyaslı teorror həyata keçirilən zaman hazırlanıb.
“Bu 2011-ci ildə yay fəslində olub, təxminən 15-16 yaşlarımda olardım. Səmimi deyim ki, bu mənim üçün şok edici hal idi. Həyatımda mənim və ailəmin ünvanına qarşı bu zamana qədər bənzər təhqirlər, hədə-qorxular, lənətlər olmayıb. Bütün bunlar arasında ən narahatedici anlar mənim pərəstişkarlarıma qarşı olmuşdu. 10-11 yaşlı uşaqlara 100-200 nəfərdən ibarət qrup tərəfindən hücumlar, hədə-qorxu, pornoqrafik şəkillər şanatjlar olurdu. Onlar uşaqlara yazırdılar ki, biz evinizə gələcəyik, sizi Bera qoruya bilməz, Bera xərçəng xəstəsidir.Onlar uşaqlara elə ifadələr işlədirdilər ki, mən bu ifadələri efirdə səsləndirə bilmərəm. Bir neçə uşağın valideynləri tərəfindən adekvat reaksiyaları olmuşdu. Onlar bizimlə əlaqə saxlayırdılar biz isə müdafiə xidmətinə məlumat verməli idik. Bu insanlar bütn qanunlar, etika və mənvi çərçivədə müdafiə olundular. Qeydlərdə də aydın şəkildə anlaşılır ki, görüşə onların valideynləri, qonşuları və s.
"Bunun orijinal olub-olmadığı barədə mübahisələrə belə başlamayacağam. Mənim üçün fərqi yoxdur. Bu gün tam olaraq eyni mövqedəyəm və bunu birbaşa deyəcəyəm kimsə anamı söyürsə, kimsə mənim üçün ən müqəddəs və ən dəyərli ailəmə toxunarsa, bu gün mütləq belə bir insandan cavab tələb edəcəyəm. Mənə bu mövzuda fərqli düşünən, fərqli bir fikirdə olan bir gürcü kişisi göstərin”- Bera İvanişvili.


