11 
Mar
2021
10:16
1171

Təzyiqi normaya salmaq üçün 5 SADƏ ÜSUL

Yüksək təzyiq insanın həyatını qısaldan amildir.

InterPress.ge xəbər verir ki, yüksək təzyiq ürək və damarları zədələyir, insult və infarktın riskini qat-qat artırır.

Hipertoniyadan əziyyət çəkənlərə adətən təzyiqi salan xüsusi dərman preparatları təyin olunur. Bu preparatlar hipertoniyanı müalicə etmir, sadəcə təzyiqi normada saxlamağa yardım edir.

Əksər hallarda hipertoniya xəstələri təzyiq dərmanlarını ömrünün sonuna qədər qəbul etməli olurlar. Lakin mütəxəssislər qeyd edirlər ki, bəzi çox sadə qaydalara riayət etməklə gündəlik qəbul edilən dərmanların miqdarını azaltmaq və ya bəzi hallarda (xüsusilə hipertoniyanın ilkin mərhələlərində) onlardan tam imtina etmək mümkündür. Bu qaydalar hansılardır?

Alimlər təzyiqi salmağa yardım edən 5 qaydaya riayət etməyi tövsiyə edirlər:

1. Artıq çəkiniz varsa, mütləq arıqlayın. Hətta bir neçə kilo itirən hipertoniya xəstələrinin təzyiq göstəriciləri xeyli yaxşılaşır.

2. Hazır qidalar, yarımfabrikatlar, fast-fud, souslardan (mayonez, ketçup və s.) imtina edin. Bu məhsulların tərkibində duz çoxdur. Duz orqanizmdə mayeni saxlayaraq təzyiqi qaldırır. Evdə hazırlalan yeməklərə, tərəvəz salatlarına, tamdənli yarmalara üstünlük verin, duzu minimuma azaldır, lakin duzdan tam imtina etməyin.

3. Bədən tərbiyəsi, piyada gəzintilər həyatınızın ayrılmaz hissəsinə çevrilməlidir.

4. Spirtli içkilər və siqaretdən imtina edin.

5. Streslərdən uzaq durun. Stress hormonları damarların daralmasına və təzyiqin daha da artmasına səbəb olur.

(saglamolun.az)

Bizimlə əlaqə saxlayın