26 
Mar
2021
10:29
1002

İki Gürcüstan vətəndaşı "Sarp" gömrük keçid məntəqəsində saxlanıldı

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları keçirilmiş operativ-istintaq və axtarış tədbirləri nəticəsində Gürcüstanın gömrük sərhədində külli miqdarda malın sərhəddən keçirilməsi ilə bağlı qaydaları pozduqları üçün iki Gürcüstan vətəndaşını saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.

İstintaq zamanı, şübhəlilərin "Sarp" gömrük keçid məntəqəsi ilə Türkiyə Respublikasından xüsusilə külli miqdarda bəyan edilməmiş qızıl və gümüş əşyaları qaçaqmalçılıq yolu ilə keçirdikləri məlum olub.

İstintaq tədbirləri nəticəsində, ümumi gömrük dəyəri 76000 lari-dan çox olan, ümumilikdə 701,67 qram qızıl və 26,54 qram gümüş ələ keçirilib. Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutan 214-cü maddəsinin ikinci hissəsi ilə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın