Səhiyyə naziri xüsusi ilə diqqətçəkən bölgələrin adlarını açıqladı
“Əhali tərəfindən maskadan istifadə xeyli azalıb, sosial məsafəni də qorumuruq, ehtimal ki, şəxsi gigiyena tədbirləri də lazımınca qorunmur”.
InterPress.ge xəbər verir ki, bu barədə Ekaterine Tikaradze İmmunizasiya Şurasının iclasından sonra bildirib.
Səhiyyə nazirinin sözlərinə görə, epidemiya vəziyyətinə təsir edəcək çox sayda toy və yas mərasimləri hələ də keçirilir.
“Mövcud epidemiya vəziyyəti, xüsusilə də bir neçə bölgədə həqiqətən diqqətçəkicidir: Quria, İmereti, Raca-Leçxumi. Həmçinin Tbilisi də diqqət çəkir", - deyib Tikaradze.
Nazir, əhalini tövsiyələrə əməl etməyə çağırıb və məhdudiyyətlərin sərtləşdirilməsindən yayınmağın yeganə yolunun bu olduğunu bildirib.
"Yalnız əhalinin bütün tədbirlərdə fəal olması və bütün qaydalara riayət etməklə hökumət bu kritik dövrü aşa biləcək və üçüncü dalğanı bilikdə keçəcəyik ki, noyabr və dekabr aylarında yaşadığımız yüksək nisbətlərə sahib olmayaq. Bu vəziyyətdə Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Mərkəzi ardıcıl olacaq və hər hansı bir kilidlənmənin tərəfdarı olmayacaq, çünki iqtisadi aktivlik də bizim üçün çox vacibdir, hansı ki, vətəndaşlarımızın iqtisadi və sosial vəziyyətinə təsir edəcək",- deyib nazir.


