Mamuka Mdinaradze: "Sənəddə növbədənkənar seçkilərdən bəhs edilmədi, bu da müxalifəti şoka saldı"
“Kristian Danielson tərəfindən təqdim olunan sənəddə erkən seçki məsələsindən bəhs edilmədi”.
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze qeyd edib.
Onun sözlərinə görə, müxalifət ultimatum olaraq qaldırdığı məsələlərin heç birində güzəştli bir addım atmayıb.
"20-dən çox punkt alt punktlara bölünmüşdü, ən çox üç-dördü müzakirə edildi və mühakimə olundu, lakin buraya qədər iş getməyib, çünki müxalifətin ultimatum olaraq qaldırdığı əsas məsələlərdə bir addım belə atmadı. "Gürcü Arzusu" kiçik dəyişikliklərlə olan punktları imzalamağa hazır idi və hazırdır. Söhbət AB-nin heç bir ölkəsində olmayan prokuror və MSK sədri seçimindən gedir. Ciddi kompromis bir yana, bircə addım da atmadılar və son saniyəyə qədər belə qaldı. Konstruktiv münasibətimizə baxmayaraq, danışıqlar aparıla bilmədi. Sənəddə Avropa Birliyinin təbii mövqeyi olan erkən seçkilərdən bəhs edilmədi və bu müxalifəti şoka saldı", - deyib Mdinaradze.
Mdinaradzenin sözlərinə görə, “Gürcü Arzusu” hakimlərin, prokurorun və MSK sədrinin səslərin üçdə ikisi ilə seçilməsi xaricində sənəddə göstərilən islahatların aparılmasına razı idi.
“İslahatlara gəldikdə, Kristian Danielson tərəfindən imzalanan sənəddə qeyd olunanların hamısını nəzərə almağa hazırlaşırdıq, çünki hakim komanda üçün heç bir islahat qəbuledilməz deyil. Bir neçə məsələ müzakirə edildi. Məsələn, üçdə ikisi yazılan yerdə, hamımız konstitusiya çoxluğunun nəzərdə tutulduğunu bilirik. Prokurorun, hakimin və MSK sədrinin səslərin üçdə ikisi ilə seçildiyi AB ölkəsi yoxdur. Haradansa gəldi? Mənim təxminim budur ki, iclasların birində hansısa müxalifət təmsilçisi bu məsələni qaldırdı.
Gələcəkdə kimsə seçkiləri saxtalaşdırmaq istərsə, planlaşdırılan seçki islahatı ilə bunun ehtimalı sıfıra bərabərdir, amma əlbətdə ki, sabotaj riski sıfıra da endirilməlidir. Saxtalaşdırma riskini sıfıra endirəndə, sabotaj riskini yüzdə 100-ə qaldırırıq. Bunlar müzakirə təfərrüatları idi, lakin ultimatumlarına görə iş müzakirə edilə bilmədi", - bildirib Mdinaradze.


