16 
Apr
2021
12:28
300

Qiorqi Mumladzenin məhkəmə prosesi 16 aprel tarixində baş tutacaq

Gürcü Arzusu ofisinin qarşısında keçirilmiş aksiyada polis məmurlarına müqavimət göstərmək və fiziki təzyiq ittihamı ilə həbs olunan fəal Qiorgi Mumladzenin məhkəməsi aprelin 16-da baş tutacaq.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyin məlumat verib.

Məhkəmədə məhbus barəsində həbs qətimkan tədbiri keçirləcək.

Qiorgi Mumladze 15 aprel tarixində rəsmi olaraq ittiham olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə aprelin 14-də Gürcü Arzusu partiyasının ofisi yaxınlığında keçirilən mitinq zamanı Mumladze polislərə müqavimət və hüquq mühafizəçilərə fiziki təzyiq göstərib.

Gürcüstanın Cinayət Məcəlləsinin polis məmurlarına müqavimət göstərməyi nəzərdə tutan 353- cü maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər