01 
May
2021
11:32
750

Qəbirstanlığa giriş müvəqqəti qadağan olunur - Qaydanı pozan 2000 lari cərimə ediləcək

Qəbiristanlıqlara giriş qadağasını pozan şəxs 2000 lari cərimələnəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

"Gürcüstan Hökumətinin 23 May 2020-ci il tarixli 23 322 saylı qərarına əsasən, koronavirusun yayılmasının qarşısını almaq üçün bu il mayın 2-dən 4-dək vətəndaşların Gürcüstan ərazisindəki qəbiristanlıq ərazilərinə girişi qadağan ediləcək.

Qadağa yalnız dəfn prosesinə aid deyil.

Mayın 2-dən etibarən polis qəbiristanlıqlara giriş yollarına və bütün Gürcüstan ərazisində qaydaların yerinə yetirilməsinə nəzarət edəcək. Məhdudiyyətlərin pozulması halında 2000 lari cərimə tətbiq olunacaq.

Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır. Gürcüstan ərazisindəki bütün insanlar Gürcüstanın xalq sağlamlığı sahəsində qanunvericiliyinin tələblərinə əməl etmək məcburiyyətindədirlər" - Daxili İşlər Nazirliyi bildirir.

Bizimlə əlaqə saxlayın