07 
May
2021
13:18
1364

Kvemo Kartlidə bir sıra torpaqlar satışa çaxarıldı

Gürcüstan hökuməti “Biznes üçün 100 investisiya təklifi” proqramı çərçivəsində 38 kənd təsərrüfatı torpağını satışa çıxarıb.

InterPress.ge xəbər verir ki, sahələrin 8-i Kvemo Kartli bölgəsinin payına düşür.

Marneuli, Bolnisi, Dmanisi və Tetritskaro rayonlarında yerləşən kənd təsərrüfatına yararlı torpaqların ümumi sahəsi 95,1165 hektar təşkil edir.

Ən çox torpaq sahəsi 11 olmaqla Kaxeti bölgəsində satışa təqdim olunub. Sahələrin biri Qabal kəndində yerləşir. 13,3314 hektar sahənin başlanğıc qiyməti 307 000 laridir (təxminən 90 min ABŞ dolları).

Qeyd olunmalıdır ki, Samtsxe Cavaxeti bölgəsində yalnız bir torpaq sahəsi (7,0239 hektar) satışa çıxarılıb.

Sahələrin elektron hərrac vasitəsilə satışı mayın 18-nə təyin olunub.

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər, həmçinin əsas tərəfdaşı xarici hüquqi şəxs olan şirkətlər torpaq sahələrini almaq hüququna malik deyil./report/

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər