Qardabanidə şəhid polkovnik İlqar Mirzəyevin adına böyük iftar süfrəsi açıldı
Bu gün, aprel şəhidi polkovnik İlqar Mirzəyevin doğum günüdür.
InterPress.ge xəbər verir ki, o, Qardabani rayonunun İstisu kəndində 8 may 1973- cü ildə anadan olub.
Qardabaninin xeyirxah sakinləri tərəfindən şəhid polkovnik İlqar Mirzəyev yad edilərək onun adına doğulub boya başa çatdığı Qardabani rayonunun İstisu kəndində iftar süfrəsi təşkil olunub.
Qeyd edək ki, İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir.
İyulun 14-də günorta saatlarında İ.Mirzəyevin nəşi yaşadığı Xətai rayonunun Əhmədli qəsəbəsinə minlərlə insanın izdihamı ilə evinə gətirilib. O, II Fəxri xiyabanda dəfn olunub.
Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə İ.Mirzəyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.


