Marneulidə Ramazan bayramı keçiriləcək
Ramazan bayramı yaxınlaşır. Bütün müsəlmanlar artıq qarşıdan gələn Ramazan bayramı günlərini yaşayır. Bu il isə hər kəsin sevərək, səbirsizliklə gözlədiyi Ramazan bayramı mayın 14- də keçiriləcək. Hər il olduğu kimi bu il də Marneulinin mədəniyyət mərkəzinin parkında Ümum Gürcüstan Ali Dini İdarəsinin və İmam Əli Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə Ramazan bayramı qeyd olunacaq.
Bu barədə InterPress.ge-yə Ümumi Gürcüstan Ali Dini İdarəsinin (ÜGMADİ ) şeyxi və sədri Mirtağı Əsədov bildirib.
"Biz neçə ildir ki, Ramazan bayramını Marneulinin mədəniyyət mərkəzinin parkında qeyd edirik. Son iki il pandemiya dövrünə təsadüf etdi və çətin dövrdür. Bütün tövsüyyələri nəzərə almaqla, tibbi qaydalara əməl etməklə bayramın açıq havada qeyd olunmasında heç bir problem yoxdur"- ÜGMADİ- sədri.
Mirtəqi Əsədov qeyd etdi ki, bayramın keçirilməsi ilə əlaqədar olaraq Marneuli meriyasına və polisə artıq müraciət olunub.
"Biz də ölkədəki pandemiya vəziyyətini nəzərə alaraq bayramın qeyd olunması məqsədilə Marneuli meriyasına və polis bölməsinə yazılı müraciət etdik. Müraciətdə müsəlmanların dini bayramı Ramazan bayramını 14 may saat 17:00-dan 21:00-dək qeyd edəcəyimizi açıqlamışıq. Fürsətdən istifadə edərək bütün müsəlmanları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah tutulan orucları, niyyətləri, namazları, duaları qəbul etsin. Amin"- Mirtəqi Əsədov.
O, eləcə də xalqa bayrama gələrkən maskadan istifadə etməyəvə tibbi tövsiyyələrə riayət olunmasına dair müraciət etdi.
"Bayram mayın 14-də saat 17:00-da başlayacaq. Əziz müsəlmanlardan xahiş edirik ki, dünyada eləcə də ölkəmizdə mövcud olan pandemiyadan irəli gələrək tətbiq olunan maska taxmağa və digər bütün qayda/ tövsüyyələrə hər kəs riayət etsinlər"- Mirtəqi Əsədov.


