10 
May
2021
10:52
674

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 549 eni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 322 468 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 439 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 302 428 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 24 nəfər ölüb və ölənlərin ümumi sayı 4 305 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 9 535 test aparılmışdır. Bunlardan 5 665-i sürətli antigen testi, 3 870-i isə PCR testidir.

Bizimlə əlaqə saxlayın