10 
May
2021
12:36
413

Natia Turnava: "Bu günə qədər vəziyyəti ciddi məhdudiyyətlər olmadan idarə edə bilirik"

"Bu günə qədər vəziyyəti ciddi məhdudiyyətlər olmadan idarə edə bilirik - eyni zamanda əsas şey aşılamanı təşviq etməkdir".

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, sabah Kovid və onun mübarizəsi ilə bağlı İdarələrarası Koordinasiya Şurasının iclasında bir çox məsələ müzakirə ediləcək.

“Sabah Kovid və mübarizəsinə aid idarələrarası komissiyanın növbəti iclasını keçirəcəyik. Bu günə qədər vəziyyəti ciddi məhdudiyyətlər olmadan idarə edə bilirik. Əlbətdə ki, bu üçüncü dalğadır və üçüncü dalğa daha yüksək pozitivlik və daha yüksək yoluxma ilə xarakterizə olunur, eyni zamanda əsas şey aşılamanı təşviq etməkdir. Sabah bir çox məsələni müzakirə edəcəyik", - dedi Turnava.

Bizimlə əlaqə saxlayın