10 
May
2021
18:05
472

Marneulidə Heydər Əliyevin doğum gününə həsr olunmuş güləş üzrə dostluq turniri keçirildi - VİDEO

Bu gün Marneulidə Ata Holdinq idman kompleksində Azərbaycanın ümumilli lideri Heydər Əliyevin 98 illiyinə həsr olunmuş güləş üzrə dostluq turnirininin yekun görüşü baş tutdu. Turnirdə Gürcüstanın müxtəlif bölgələrindən 150- dək idmançı iştirak edirdi.

InterPress.ge xəbər verir ki, Turnir Gürcüstan azərbaycanlıları idmançılar birliyinin və Gürcüstanın güləş federasiyasının təşkilatçılığı ilə, eləcə də Azərbaycanın Gürcüstandakı Səfirliyinin və SOCAR Energy Georgianın dəstəyi ilə baş tutdu.

Turnirin sonunda 1-ci, 2ci və 3cü yerin qalibleri ümumilikdə 64 idmançı Səfir və Kvemo Kartli qubernatoru tərəfindən sertifikatlarla, medallarla və diplomlarla mükafatlandırıldılar.

Daha ətraflı süjetimizdə:

Bizimlə əlaqə saxlayın