Saakaşvili: "Nika Melianın qanunsuz həbsdən azad edilməsini alqışlayıram"
Gürcüstanın keçmiş prezidenti, Ukrayna İslahatları İcra Komitəsinin sədri Mixail Saakaşvili, "Milli Hərəkat" partiyasının başçısı Nika Meliyanın həbs qətimkan tədbirinin girov müqabilində dəyişdirildiyi məhkəmə qərarını alqışlayır.
InterPress.ge xəbər verir ki, bu barədə Saakaşvili şəxsi Facebook səhifəsində yazıb.
Saakaşvili Melianın prinsipiallığına və yenilməzliyinə heyran qaldığını qeyd etdi.
"Nika Melianın qanunsuz həbsdən azad edilməsini alqışlayıram. Onun prinsipiallığına və yenilməzliyinə heyranam. İnanıram ki, onun sərbəst buraxılması Gürcüstan xalqının mübarizəsində mühüm bir yeni mərhələnin başlanğıcıdır"- yazdı Saakaşvili.
Qeyd edək ki, məhkəmə, Nika Melianın həbs qətimkan tədbirini girov müqabilində dəyişdirdi.


