11 
May
2021
11:51
626

Narkotik, psixotrop və psixoaktiv dərman vasitələrinin satışının cəzası sərtləşdirilir

Daxili İşlər Nazirliyinin qanun layihəsinə görə, Gürcüstanın Cinayət Məcəlləsində narkotik, yeni psixoaktiv, psixotrop və təsirli maddələrin satışına görə təyin olunan cəza sərtləşdiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

DİN- in yaydığı məlumata görə, qanun layihəsi narkotik satışı üçün minimum həbs cəzasını 6 ildən 10 ilə qədər artıracaq.

“Gürcüstanın Daxili İşlər Nazirliyi, hökumətə təqdim olunan qanunvericilik dəyişikliyi layihəsi hazırlayıb. Qanun layihəsinə görə, Gürcüstanın Cinayət Məcəlləsində narkotik maddələrin, yeni psixoaktiv, psixotrop və təsirli maddələrin satışına görə təyin olunan cəzalar sərtləşdiriləcək. Təcrübənin son təhlili göstərir ki, Gürcüstanın Cinayət Məcəlləsində narkotik ticarəti üçün tətbiq olunan sanksiya məhdudlaşdırma funksiyasının yerinə yetirilməsini lazımi səviyyədə təmin etmir. Narkotik maddələrin satışı nəticəsində əldə edilən maddiyyat, daha çox yeni cinayətlərin törədilməsinə və bir sıra şəxslərin bu sahəyə cəlb olunmasına kömək edir. Məhz bu amillər dövlətin narkotik satıcılarına qarşı siyasətini sərtləşdirməyi nəzərdə tutur. Təklif olunan qanun layihəsi, narkotik satışına görə minimum həbs cəzasını 6 ildən 10 ilə qədər artıracaq.

Ayrıca, külli miqdarda narkotik maddə satan şəxs 12 ildən 17 ilədək həbs cəzasına məhkum olacaq.

Bundan əlavə, xüsusilə çox miqdarda narkotik satdığı üçün verilən cəza əhəmiyyətli dərəcədə artacaq. Xüsusilə, mövcud versiyada cinayətə görə 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulursa, layihəyə görə bu müddət 14 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Dəyişikliklər layihəsində psixotrop maddənin, analoqu və ya təsirli maddənin qanunsuz satışına görə sanksiyalar da sərtləşdirilir.
Təqdim olunan dəyişikliklər, Almaniya, Avstriya, Portuqaliya, İspaniya, İsveç və s. kimi ölkələr də daxil olmaqla ən yaxşı Avropa təcrübəsini tam şəkildə bölüşür.
Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan qanunvericilik dəyişiklikləri paketi Gürcüstan Hökuməti tərəfindən dəstəkləndi və yaxın günlərdə Gürcüstan Parlamentinə təqdim ediləcək ” deyə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Bizimlə əlaqə saxlayın